Rənglər və markalar | Banco.az

Rənglər və markalar

Rənglərin insan psixologiyasındakı təsiri böyükdür. Xüsusilə satınalma vərdişlərimizə təsir edən rənglər böyük firmalar tərəfindən peşəkarlıqla istifadə edilməkdədir. Məsələn, rəqəmsal reklam sektorundan danışsaq "rəng" sözünü cümlədən çıxarmamız söz mövzusu belə ola bilməz.

Küçədə gedərkən yüzlərlə markaların afişalarını görürsünüz. Hər afişada hərflərin təşkil etdiyi sözlər var. Neçəsini yadınızda saxlaya bilərsiniz? Bəs diqqətinizi çəkən nədir? Hərflər, yoxsa rəqəmlər? Xeyr heç biri. Ən birinci sizi rəng cəlb edir.

Dərhal çox sevdiyiniz bir neçə markanı xatırlayın. Sony, CocaCola, Bakcell, Azercell, WorldCard və s. Hamısı sizə ayrı-ayrı rəngləri xatırladır. SONY öz boz rəngli loqosu ilə, CocaCola qırmızı qutusu ilə, BP yaşıl loqosu ilə, WorldCard bənövşəyi "vadaa"ları ilə beyninizin bir yerində həkk olunub.

Markalara şəxsiyyət qazandırmaq üçün heç bir rəng təsadüfən seçilməyib. Diqqət versəniz görəcəksiniz ki, yaxşı bir şirkətin vizitkasından tutmuş veb saytına kimi hər hissəsində bir rəng əsas götürülür. Hər bir şirkət rəng seçimində olduqca diqqətli davranır. 

Puma nə üçün qırmızıdan istifadə edir?

Ən sərfəli kredit üçün müraciət et

Qırmızı qan axımını sürətləndirən bir rəngdir. Gücü və hərəkəti təmsil edir. Diqqət çəkən qırmızı eşq və ehtirasın da imtina edilməz rəngidir. Sport bir markadan gözlənilən ən əhəmiyyətli xüsusiyyətlərdən biri dinamik və güclü olmasıdır. Odur ki, Puma ayaqqabısı satın aldıqda bu sizə qırmızı bir qutuda təqdim olunur.

BP niyə yaşıldır?

Neft dedikdə ağılımıza ümumiyyətlə qara rəng və paslı neft barrelləri gəlir. Neft təbiətə verdiyi zərər baxımından bəşəriyyətin sevə bilmədiyi bir maddədir. Bununla bərabər təəssüf ki, təməl ehtiyaclar arasındadır. Məhz insan beynindəki o itələyici qəbulu dəyişdirə bilmək və markasına rəğbət qazandıra bilmək üçün BP təbiətin rəngini istifadə etmişdir. Yaşıl təbiəti, təbiiliyi təmsil edir.

Banco.az saytınında rəngləri təsadüfi seçilməmişdir. Belə ki, mavi, qara və ağ rənglər iş missiyasına tamamilə uyğundur. Qara rəng gücü və nüfuzu təmsil edərkən, mavi və ağ rəng etibarı, inamı ifadə edir. Bununla da insanlara doğru və qərəzsiz məlumatların çatdırılması mesajı verilir.

Günel Abduraxmanova / Banco.az