Tamara Mustafayeva, Banco.az
"Renault" şirkəti "Nissan" səhmlərində satışa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, fransız avtomobil nəhəngi "Renault"un sahib olduğu 43%-lik "Nissan" səhmlərinin bir qismini satışa çıxaracağı, buradan əldə ediləcək vəsaiti isə elektrik avtomobilinə keçid üçün istifadə edəcəyi bildirilib.
Bloomberg nəşrinə açıqlama verən mənbələrin məlumatına əsasən, "Renault"un əlindəki 1.83 milyard səhmin bir hissəsini elə "Nissan" şirkətinin almaq istəyə biləcəyi, ancaq fransız istehsalçının sözügedən səhmlər üçün başqa alıcılar da axtarma ehtimalı olduğu məlum olub.
7.1 milyard avro dəyərindəki bu səhmlərin bir qismini satmaqla "Renault" şirkətinin çox incə bir xəttin üzərində hərəkət etdiyi və 23 illik tərəfdaşı ilə mövcud əməkdaşlığı bitirmədən tarazlıq yaratmağa çalışdığı vurğulanır.
Qeyd edək ki, yapon avtomobil nəhəngi "Nissan"ın "Renault" şirkətində 15%-lik səhminin olması və səs vermə hüququnun olmaması "Nissan" rəhbərlərini uzun illərdir ki, narahat edən amil kimi dəyərləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!