Tamara Mustafayeva, Banco.az
Qlobal avtomobil sənayesinin mühüm tərəfdaşlıqlarından biri olan Renault-Nissan şərikliyində yenidən strukturlaşma gündəmdədir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Bloomberg" nəşrinə danışan mövzu ilə bağlı məlumatlı mənbələrə görə, Fransanın avtomobil istehsalçısı "Renault" yapon tərəfdaşı "Nissan Motor"dakı payını azaltmaq və iyirmi illik əməkdaşlıqlarını yenidən təşkil etmək üçün bu həftə müqavilə imzalaya bilər.
Müqavilə fransız avtomobil nəhənginə elektromobil biznesini planlı şəkildə qurmağa imkan verəcək. Təfərrüatlar tam dəqiqləşdikdən sonra hər iki tərəfin məcburi olmayan müqavilə imzalamağa hazırlaşdığı qeyd edilir.
Razılaşmanın elanının noyabrın 15-də Tokioda edilməsinin planlaşdırıldığı, lakin danışıqların hələ də davam etdiyi və yekun razılaşmanın təxirə salınma ehtimalının olduğu bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!