Rekord sayda qaz sayğacı idxal edilib | Banco.az

Rekord sayda qaz sayğacı idxal edilib

Bu ilin səkkiz ayı ərzində SOCAR-ın "Azəriqaz" İB-i, eləcə də digər dövlət müəssisələri xaricdə 239,8 min ədəd qaz sayğacı satın alıb. Bu, ötən illə müqayisədə 70,8 min ədəd və ya 41,4% çoxdur.

Bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən verilib.

Təkcə iyul-avqust aylarında 56,6 min ədəd qaz sayğacı idxal edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ölçmə vasitələri həm yeni abunəçilər, həm də köhnəlmiş və zədələnmişləri əvəz etmək üçün alınır.

Bu ilin doqquz ayında "Azəriqaz"ın abunəçilərinin sayı 65,1 min artıb. Ümumilikdə 2 milyon 246,9 min abunəçiyə təbii qaz verilir.

Turan

Ən sərfəli krediti almaq üçün müraciət et