Reklamın tarixi haqda MARAQLI FAKTLAR | Banco.az

Reklamın tarixi haqda MARAQLI FAKTLAR

Müasir reklam, biznes sferasında mühüm rol oynamaqda davam edir. Maraqlıdır, reklam nə vaxt meydana çıxıb? Bəzi mənbələrə inansaq alış-satış bacarıqları inkişaf etdiyi dövrdən reklam özünü büruzə verməyə başlayıb. Hətta bəzi alimlər reklamın bir forması olan elanların tarixinin 3000 il bundan öncəyə aid olduğunu bildirməkdədirlər. İlk elan formalarının Misir və Yunanıstanda yarandığı güman olunur. Təbii ki, həmin dövrdə daha çox elan şəklində kütlə içində verilən elan formaları nəzərdə tutulur.

Biznes sferasında reklamın tətbiqi ilk qəzetlərin ortaya çıxmasıyla əlaqələndirilir. Reklam tarixçisi F. Presbrey ilk qəzet reklamının tarixinin 1625-ci ilə təsadüf etdiyini bildirir. Banco.az xəbər verir ki, ilk müasir reklam kitabın yayımlanması ilə ortaya çıxıb. Qəzetdə dərc olunan reklamlar Benjamin Franklinin adıyla əlaqələndirilir. Radioda reklam yayımı 1920, televiziyada isə 1950-ci ildə aktuallıq qazanmağa başlayıb.

Müxtəlif dövrlərdə reklam müxtəlif formada insanların diqqətini cəlb edib. Bunlara misal olaraq musiqi ilə kütləyə çatdırılan reklam formaları və tanınmış simaların reklamlarda yer almasını göstərmək olar. Bu iki model təsir formasına görə normal formada gördüyümüz tanıtım reklamlarından daha çox təsir göstərməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, xaricdə kitab maqazinlərindən biri yeni kitabın tanıtımını çox maraqlı formada həyata keçirib. Reklam elanında tanınmış şəxslərdən birinin evlənmək istədiyi qadının məhz kitabdakı personajla oxşarlıq təşkil edəcəyi bildirilirdi. Başqa sözlə desək, həmin şəxsin təsvir olunan obraza oxşar birini həyatda axtardığı vurğulanırdı. İşin maraqlı tərəfi isə reklam effektivliyi göstərdi və kitab bir necə gün içində tamamilə satılıb qurtardı. Təbii ki, hər kəs bunun yumoristik xarakter daşıdığını anlayırdı, amma yenə də insanlarda yaradılan maraq onları almağa təhrik edə bilmişdi.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et