Reklamçılıqda 6 söz satışlarınıza böyük dərəcədə təsir edə bilər. Reklam sektorunda müştərilərə xitab edəcək olan sözlərin dəyəri çox böyükdür. İstehsalçıların müştərilərlə qarşılıqlı əlaqə qurması üçün istifadə edilən sözlər getdikcə daha çox əhəmiyyət qazanır.
Aşağıda reklam sektorunda hər reklamçının kampaniya zamanı istifadə etməsi lazım olan 10 sözü açıqlayacağıq. Bu sözlər “Yale Universitet”indəki psixologiya üzrə mütəxəssislər tərəfindən araşdırılıb və bir neçə əlavə sözlər də analiz edilib. Xüsusilə, bu sözlər müştərilərə məhsulu satmağa və onları razı salmağa kömək olacaq.
6. YENİ
Doğurdan da istehlakçılar davamlı olaraq yeni nələrsə axtarırlar. Məsələn, növbəti nəsil telefon modelini istəyirik. (Buna görə də, “Apple” yeni modellərə bir sıra yeni funksiyalar əlavə etsə də, biz xeyli miqdarda pul ödəyib onu almağa çalışırıq). Yeni avtomobil, yeni geyimlər, yeni ayaqqabı, yeni dadlar, yeni qoxular istəyirik və bunun qarşılığını da pul ödəməyə hazır oluruq. Yeni sözü ən çox güclü markalarda istifadə edilir.
5. QƏNAƏT
Zaman və pula qənaət etmək bir sıra istehlakçını sevindirir. Pula qənaət etmək müştərilər üçün önəmlidir. Ən zəngin müştəri belə pula qənaət etmək üçün fürsətlər axtarır. Əgər doğurdan da sizin məhsulunuz bir qəpik belə olsa ucuzdursa, onu reklamlarda deməməyiniz məntiqsizlik olacaq. Əlbəttə, müştərini aldatmaq üçün “endirim” edirsinizsə, bu sizin marka imicinizə ciddi zərər vuracaq.
4. TƏHLÜKƏSİZ
Hamımız aldığımız məhsulun təhlükəsiz olduğundan əmin olmaq istəyirik. Məsələn, övladlarımı ən yüksək təhlükəsizlik standartlarına cavab verən oyuncaqlarla oynamasını istəyirik. Araşdırdığımız qidaları almaq istəyirik. Bir çox sektorda da təhlükəsiz seçimlər etmək niyyətindəyik. Təhlükəsiz sözündə isə “şişirtmə”yə ehtiyac yoxdur. Məsələn, “Bizim hamburgerimiz yemək üçün 100% təhlükəsizdir” sloqanı müştərilərə cəlbedici gəlməyə bilər. Buna görə də, təhlükəsiz sözünü doğru yerlərdə istifadə etməyimizə diqqət etməliyik.
3. TƏSDİQ OLUNUB
Təsdiq edilib sözlərindən TV reklamlarında tez-tez rast gəlirik. İstehlakçı dost, tanış, qohumlarından məhsul barəsində araşdırma apara bilər. Məsələn, bazarda pişik qidası istehsal edən firma belə bir reklam çarxı hazırlaya bilər. “10 nəfərdən 8-i pişiklərin qidalanmasında bu məhsuldan istifadə edir”. Bu isə istehlakçıda şüuraltı belə bir fikir formalaşdıracaq. 10 nəfərdən 8-i həmin məhsula üstünlük verirsə, deməli yaxşıdır. Biz də istifadə edə bilərik. Fikir vermisinizsə, diş məcunu reklamlarında da bu sözdən tez-tez istifadə edilir.
2. EŞQ
Bunun birdən çox mənası var. Məsələn, nəyəsə qarşı sevgi bəsləyə bilərsiniz. (yeni ayaqqabılar kimi) və ya nələrisə nə qədər yaxşı çalışdığını və ya nə qədər yaxşı performans göstərdiyini “sevə bilərsiniz”. Hər iki situasiyada eşq güclü bir kəlimədir. Məsələn, parfüm haqqında danışarkən, əlbəttə “bu qoxuya aşiq olacaqsınız” deyə bilərsiniz. Amma “Təbii ki, tualet təmizləyicinə aşiq olacaqsınız deyə bilmərik. Sevginin gücünü reklamlarda istifadə etmək markanın imicini daha çox artırır və təbii ki, satışları da....
1. Kəşf Edin
Bunu reklamda gördünüz mü? Kəşf etmək daha çox şey vəd edir. Xüsusilə, məhsulun qablaşdırılma üzərində qeyd edilən bu söz istehlakçıda kəşf etmək və macəraya daxil olmaq hissi yaşadır. İstehlakçının duyğularına nə qədər yaxınlaşarsınız, məhsulunuza o qədər üstünlük verilməyə başlanacaq. Məsələn, təhsil mərkəzlərinin “Bacarıqlarınızı kəşf edin” sözünü istifadə etməsi kimi.
Davam edəcək...
Facemark.az