Rəhbərlərin oxumalı olduğu kitablar | Banco.az

Rəhbərlərin oxumalı olduğu kitablar

İş həyatı, daima ortaya çıxan yeniliklər, dəyişən idari texnikaların mövcudluğu səbəbiylə çox dinamikdir. Rəhbərlər bu proseslərə uyğunlaşa bilmək üçün özlərini daima inkişaf etdirməlidirlər. Özünü yaxşı yetişdirmiş idarəçinin, idarə edə bilmə bacarığı daha yüksək olacaqdır.

Təsir qüvvəsinin yüksək olmasını istəyən hər bir idarəçi  ilk növbədə mütləq kitab oxumalıdır. Oxunacaq kitabların növləri, yalnız edilən işlə əlaqədar texniki kitablar olmamalıdır. Dünyagörüşünü inkişaf etdirən kitablar da oxunmalıdır. Bu yöndə sizə töhvə verə biləcək kitab növləri aşağıdakı kimidir:

1) Görülən işlə əlaqədar kitablar:

Gördüyünüz işə tam mənasıyla hakim olmaq üçün oxunması lazım olan texniki kitablardır. Yaxşı bir idarəçinin gördüyü işə hakim olması çox əhəmiyyətlidir. Bu da işin mahiyyəti ilə əlaqədar kitabları oxumaqdan keçir.

2) Şəxsi inkişaf kitabları:

Bədən dili, motivasiya, insan davranışlarının səbəbləri kimi kitablar, idarəçinin, həm də idarəçiliyinin daha uğurlu olmasına özünü inkişaf etdirməsinə, həm də idarəçiliyinin daha uğurlu olmasına köməkçi olur.

Ən sərfəli kredit üçün müraciət et

3) Uğurlu insanların xatirə kitabları:

Uğurlu olmuş insanların təcrübələrini paylaşdığı kitablar insanların dünyagörüşlərinin inkişafına töhfə verir. Onların etdikləri və özünüzə tətbiq edə biləcəyiniz üsullar mütləq vardır.

4) İdarəetmə ilə əlaqədar kitablar:

İdarəetmə və təşkilat texnikalarıyla əlaqədar kitablar da olduqca əhəmiyyətlidir. İdarəetmə formaları və aktual idarəetmə texnikalarını bilmək və bunların təşkilata tətbiq etmək səmərə və performansın artımı təmin edər.

5) Aktual mövzularla əlaqədar kitablar:

Gündəmdə və məşhur olan mövzulara aid olan kitablar, aktual mövzularla əlaqədar məlumat sahibi olmağınıza kömək edər.

6) Hobbilərinizlə əlaqədar kitablar:

Hobbinizin olması və bununla əlaqədar kitablar oxumağınız iş stresindən sizi azad edər.

7) Bədii kitablar:

Klassik romanlar, hekayə kitabları, mükafat almış kitablar həm ədəbi istiqamətinizi inkişaf etdirər, həm də xəyal dünyanıza töhfə verər.

Ən sərfəli krediti almaq üçün müraciət et