Rəhbərin işçini tənqid etməsi lazımdırmı? – Seymur İlyasovdan açıqlama | Banco.az

Rəhbərin işçini tənqid etməsi lazımdırmı? – Seymur İlyasovdan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Rəhbərin tənqidi məsələsi  şirkətin korporativ mədəniyyətinə, rəhbərin xarakter və idarəetmə eyni zamanda əməkdaşın başa düşmə, işi icra etmə, öyrənmə şəklinə görə dəyişir”.

Bunu Banco.az-a biznes və strateji idarəetmə üzrə konsultant Seymur İlyasov deyib. O bildirib ki,rəhbərlər tənqid üsulundan vəzifəcə yüksək olduqları üçün istifadə edirlər:

“Bəzən də işçini qorxudaraq işin icrasını daha sürətli edə bilirlər. Amma bu hər zaman, hər şirkətdə və hər işi üçün aktual olmur. İstənilən halda tənqid ilk başlarda əməkdaşa xoş təəssürat bağışlamır və onu motivasiya etmir. Tam əksinə müəyyən müddətlik də olsa onu həvəsdən salır və bu da istər istəməz işin icrasına təsir edir. Heç kim tənqidi xoş qarşılamır və tənqid edilməkdən də həmişə məmnun olmur.
Əksər hallarda “tənqid olmayan yerdə inkişaf da olmaz” ifadəsini eşidirik. Amma mən bu fikirlə razı deyiləm. Doğru şəxs tərəfindən, yerində, üsuluna uyğun və inkişaf xarakterli olarsa bəlkə bu mümkündür, amma inkişaf üçün tənqid fikrimcə şərt deyil. Tənqid etməkdənsə doğru yolu, üsulu göstərmək daha məqsədəuyğundur”.

Ən sərfəli kredit üçün müraciət et

Bəs rəhbərlər tənqidi nə üçün istifadə edir? 

“Lider ruhlu idarəçilər tənqiddən daha çox öyrətməyi üstün tuturlar. Şübhəsiz ki, hər işçi səhv edə bilər. Bunu bəzən istəyərək və ya istəməyərək edir. Liderlər bu halı müşahidə etdikdə əməkdaşı həvəsdən salmaq əvəzinə ona səhvlərini izah edir, ondan dərs almasını istəyir və növbəti mərhələlərdə bu tip səhvlərin təkrar edilməsinin qarşısını almağa çalışır. Amma əmin olun ki, bu heç də asan deyil”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et