Hər bir rəhbərin özünəməxsus idarə tərzi var. Bəziləri avtoritar rəhbərlik tərzini üstün tutarkən, bəziləri də idarəni demokratik tərzdə həyata keçirirlər. Tətbiq olunun rəhbərlik tərzinin müəyyənləşdirilməsində iki faktor var.
- Rəhbərlərin öz şəxsiyyətlərinə tətbiq etdikləri idarə tərzinə uyması,
- Rəhbərlərin tətbiq etdikləri idarə tərzinin daha yaxşı nəticələr verəcəyinə inanmaları
Adətən, hər kəsə eyni formada davranılır. Bəzi zamanlarda fərdə özəl idarə göstərmək lazımdır. Çünki fərqli şəxsiyyət və xarakterdəki işçilər fərqli reaksiya verə bilər. Bəzi işçilərdə demokratik idarə tərzi daha yaxşı nəticə verdiyi halda, bəzilərində isə işdən yayınmaya yol aça bilər. Eyni formada avtoritar idarə tərzi bəzi işçilərin daha məhsuldar olmağına səbəb olarkən, bəzi işçiləri də stres və təzyiq altına alaraq performans itkisinə yol aça bilər.
Fərdə özəl idarə formasına nümunə olaraq, NBA tarixinin ən önəmli liderlərindən olan Phill Jacksonun indiyə qədər ən yaxşı basketbolçulardan olan Michael Jordana qarşı pis oynadığı vaxt tətbiq etdiyi münasibətini göstərə bilərik. Jackson, Michael Jordan pis oynayanda ona üstünə qışqırmazdı və sadəcə “Michael, pis oynayırsan” deyirdi. Bu, Jordan üçün kifayət idi. Digər oyunçulara etdiyi kimi rəftar etsəydi, həm məqsədinə çatmaz, həm də daha çox problemlərin ortaya çıxmasına səbəb olardı.
Fərdə özəl idarə forması bir rəhbər zəifliyi olmadığı kimi performansı artıran və doğru motivasiya verən bir idarə formasıdır. Amma fərdə özəl idarə forması düzgün tətbiq olunmalıdır. İşçilər arasında ayrıseçkilik yaradıb, ədalət prinsipinin pozulmasına səbəb olacaq yanaşmalardan qaçmaq lazımdır.