Rəhbər dəyişikliyindən sonra bankın səhmləri artıb | Banco.az

Rəhbər dəyişikliyindən sonra bankın səhmləri artıb

Deutsche Bankın rəhbərləri Anshu Jain və Jurgen Fitschen öz vəzifələrini tərk ediblər. Onların yerinə isə John Cryan idarə heyətinə sədr təyin olunub. Dəyişiklikdən çox keçmədən bankın səhmləri 8% artıb.

Bankın cəmi kapitalı €2.5 milyard ($2.79 milyard, £1.82milyard) qədər yüksəlib.

Cryan əvvəllər İsveç investisiya bankının nəhənglərindən olan UBS-də maliyyə direktoru vəzifəsində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Jain vəzifəsindən getməzdən əvvəl bankda bəzi struktur dəyişiklik olunacağı, işçi heyətinin bir qədər azaldılacağı ilə bağlı məlumat verib.  Halbuki, onun fikrincə rəhbər şəxs ən azı 5 il bir müəssisədə  çalışmayana qədər, iri dəyişikliklər edə bilməz.

Jainin kompaniyanı iyunun sonunda tərk edəcəyi gözlənilir. Fitschen isə hələ gələn maya kimi öz səlahiyyətlərinin icrasına davam edəcək. Bankı tərk etməyinin səbəbi kimi o almanca yaxşı danışa bilmədiyini göstərib. Bu faktor isə ona şirkət daxilinə ünsiyyət barrieri yaradırdı.

 

Ən sərfəli krediti almaq üçün müraciət et