Qafqazın ən dəyərli valyutası Azərbaycan Manatıdır. Belə ki, həm valyutanın məzənnəsi, həm də ölkədəki inflyasiya səviyyəsi bunu deməyə imkan verir.
Azərbaycanda 1 ABŞ dolları orta hesabla 78 qəpiyə, Gürcüstanda 1 lari 91 tetriyə, Ermənistanda isə 455 drama bərabərdir. Bundan əlavə, Azərbaycanda inflyasiya səviyyəsi, yəni qiymətlərin artım tempi digər Qafqaz ölkələrinə nəzərən aşağıdır. Regionun ən ucuz valyutası isə Ermənistanda dramıdır.
Azərbaycan Manatı
Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmişdir. Yeni dizayn konsepsiyasının əsas şərtləri müsabiqəyə təqdim olunacaq pulların dizaynlarını dünyada ən yeni cərəyanları və “vahid ailə” prinsipi nəzərə alınmaqla hazırlanması olmuşdur. Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın “OeBS” şirkətinin dizayneri, Avro əskinaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi cənab Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilmişdir.
- Adı: AZN
- İnflyasiya: 1.5%
- 1 USD=0.7844 AZN
Gürcüstan larisi
1995-ci il oktyabrın 2-də dövriyyəyə 1, 2, 5, 10, 20, 50 və 100 nominallı əskinaslar buraxıldı və Gürcüstan Respublikası ərazisində yeganə ödəniş vasiyəsi elan olundu. Gürcüstanda əsas ödəniş vasitəsi olan "lari" qədim gürcü sözü olub "xəzinə" və ya "mülk" mənasını verir. "Tetri" larinin 1/100 hissəsi olub, XIII əsrdən etibarən Gürcüstanın əsas pul vahidlərindən biri hesab olunur. 1999-cı ildə dövriyyədə olan banknotlar mühafizə elementləri təmin olunmuşlar. 2002-ci ildə 1, 2, 5, 10 və 20, 2004-cü ildə isə 50 və 100 nominallı əskinaslar dövriyyəyə buraxıldı.
- Adı: GEL
- İnflyasiya: 2.8%
- 1 USD=1.9156 GEL
Ermənistan Dramı
1992-ci il 22 sentyabrda Ermənistanın pul vahidi "dram" olaraq adlandırıldı. 1993-cü il 22 noyabrda dövriyyəyə 10, 25, 50, 100, 200 və 500, 1994-cü ildə isə 1000, 1995-ci ildə isə 5000 nominallı əskinaslar dövriyyəyə buraxıldı.
- Adı: ADM
- İnflyasiya: 2.6%
- 1 USD=455.75 ADM