Regionlarda veriləcək ipoteka kreditlərinin faizləri aşağı salınacaq | Banco.az

Regionlarda veriləcək ipoteka kreditlərinin faizləri aşağı salınacaq

"Regionlarda vətəndaşlara veriləcək ipoteka kreditlərinin faizləri aşağı salınacaq".

Bunu Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni iqtisadi çağırışlarla bağlı tədbirdə bildirib.

O qeyd edib ki, əhalinin əsaslı şəkildə paytaxta köçürülməsinə ehtiyac yoxdur. Komitə sədrinin fikrincə, bu məsələyə xüsusi diqqət yetirilməlidir.

Xatırladaq ki, Mərkəzi Bank ölkədə ipoteka kreditləşməsinin həcminin ciddi artımı üzrə hökumətə təklif göndərib. Həmin təklifə uyğun olaraq AMB ipotekanın regionlarda da geniş tətbiqini təmin edəcək. 

Xüsusilə bölgələrdəki müəllimlərin, həkimlərin və gənc ailələrin ipoteka ilə təmin olunması üçün mexanizm hazırlandığı deyilir. Bu zaman banklara ayrılan ipoteka kreditinin müəyyən hissəsi sırf regionlar üçün nəzərdə tutulacaq. Yeni strategiyaya sosial evlərin tikilməsi də daxildir.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et