Regionlar üzrə kredit qoyuluşları 8% artmışdır | Banco.az

Regionlar üzrə kredit qoyuluşları 8% artmışdır

2014-cü ilin ilk 7 ayı ərzində də regionların kreditləşməsi prosesi davam etmişdir. 01.08.2014 tarixinə əsasən regionlar üzrə kredit qoyuluşlarında ötən rüblə müqayisədə 8%-lik artım baş vermişdir. Belə ki, Bakı istisna olmaqda regionlar üzrə kreditlər 01.04.2014 tarixində 2,5 mlrd manat təşkil etmişdisə, hazırda 2,7 mlrd manata bərabərdir. Bununla yanaşı regionlarda kreditlərin böyük bir hissəsini uzunmüddətli kreditlər təşkil edir. Bakı şəhəri istisna olmaqla uzunmüddətli kreditlər regionlar üzrə ümumi kredit qoyuluşunun 80%-i təşkil edir. 

Regionlar

Kredit qoyuluşları (min,manat)

Xüsusi çəki, % Vaxtı keçmiş kreditlər (min, manat)
Bakı 14325667 84,10 753246,4
Abşeron 546144,2 3,21 39316,4
Aran 946921,1 5,56 45719,7
Dağlıq Şirvan 107287,1 0,63 5149,6
Gəncə-Qazax 359257,8 2,11 14470,9
Quba-Xaçmaz 111066,6 0,65 6217,1
Lənkəran 284939,1 1,67 17078,6
Şəki-Zaqatala 154426,4 0,91 8578,9
Yuxarı Qarabağ 68016,5 0,40 2887,2
Kəlbəcər-Laçın 25428,8 0,15 833,1
Naxçıvan 104895,3 0,62 6590,1
Cəmi: 17034049,9 100% 900088

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et