Region ölkələrində uçot dərəcəsi necədir? | Banco.az

Region ölkələrində uçot dərəcəsi necədir?

Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 

Uçot dərəcəsi həmçinin pul siyasəti alətidir. Bu faiz dərəcəsini müəyyən etməklə Mərkəzi Bank dövriyyədə olan pul kütləsini tənzimləyir.

Mərkəzi bank yumşaq pul siyasəti yürüdərkən uçot dərəcəsini aşağı salır. Bu zaman banklar aşağı faizlə daha çox kredit əldə edirlər və əhaliyə daha çox kredit vermək imkanı əldə edirlər. Bu zaman dövriyyədəki pul kütləsi artır. Bu siyasətin əsas məqsədi tələbi artırmaq və iqtisadiyyatı canlandırmaqdır.

Sərt pul siyasəti zamanı Mərkəzi Bank uçot faiz dərəcəsini artırır. Məqsəd isə inflyasiyanı tənzimləmək və pul kütləsini azaltmaqdır. Həmçinin, Mərkəzi Bank müxtəlif qiymətli kağızlar sataraq dövriyyədəki pulu azaltmağa çalışır.

Daha öncə də dediyimiz kimi, uçot dərəcəsi kommersiya banklarının kreditə görə müəyyən etdikləri faiz dərəcəsinə çox təsir edir.

Banco.az olaraq Azərbaycanda və qonşu dövlətlərdə tətbiq edilən uçot faiz dərəcəsini araşdırdıq və bu göstəriciyə görə ölkələri sıraladıq:

Ölkə

Uçot faiz dərəcəsi

Son dəyişilmə tarixi

Ermənistan

6,5%

15.11.2016

Gürcüstan

6,75%

27.07.2016

Türkiyə

8%

24.11.2016

Rusiya

10%

10.06.2016

Qazaxıstan

12%

14.11.2016

Ukrayna

14%

28.10.2016

Azərbaycan

15%

09.09.2016

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan uçot dərəcəsinə görə regionda yerləşən qonşu dövlətlər arasında ən yüksək faiz dərəcəsinə (15%) malikdir. Ölkəmizin uçot faiz dərəcəsi Mərkəzi Bank tərəfindən 08.08.2016 tarixindən 7%-dən 9,5%-ə, 09.09.2016 tarixindən isə 15%-ə qaldırılmışdır. 

Bunu etməklə Mərkəzi Bankın əsas məqsədi sərt pul siyasəti həyata keçirməklə manatla olan pul kütləsini məhdudlaşdırmaq və manata olan təlabatı artırmaqla məzənnəni sabit saxlamaqdır.

Ermənistan 15.11.2016 tarixindən uçot dərəcəsini 0,25% azaldaraq 6,5% səviyyəsində saxlamışdır.

Qonşu dövlətlər arasında ən az uçot dərəcəsi olan dövlətlərdən biri də Gürcüstandadır (6,75%). Lakin, Gürcüstanda da faiz dərəcəsi artırılmış və 27.07.2016 tarixindən 6,5%-dən artaraq 6,75% olmuşdur.

Türkiyədə isə uçot dərəcəsi 0,5% artaraq 24 noyabrdan etibarən 8% həddində müəyyən edilib.

Rusiyada təyin olunmuş uçot dərəcəsi iyunun 10-dan etibarən 10% olaraq müəyyən edilmişdir. 

Qazaxıstan Ukraynada da uçot dərəcəsi 1% artırılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et