Reeskont kreditləri nədir? | Banco.az

Reeskont kreditləri nədir?

Mərkəz banklarının ənənəvi pul siyasəti vasitələrindən biri reeskont kreditləridir. 

Bu kreditlər bankların yeni kredit və ya nağd ehtiyaclarını qarşılaya bilmələri məqsədiylə Mərkəz Bankından tələb etdikləri nağd kreditlərdir. Bu kredit, pul siyasətinin tətbiqində olduqca təsirlidir.

Bank bazasında reeskont kvotaları, bankların məqsədlərinə, risk vəziyyətinə uyğun olaraq, likvid ehtiyacı ilə əlaqədar müəyyən edilir. Məqsəd bu kvotaların yardımı ilə yerli bankların reeskont pəncərəsindən daha çox yararlana bilməsini, bununla da bəzi sektorların maliyyə baxımından dəstəklənməsini təmin etməkdir. Məsələn, kənd təsərrüfatı sektoruna daha çox qaynaq transfer edən banklarda Mərkəzi bank tərəfindən reeskont kvotaları yüksək tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəz bankçılığında ən əhəmiyyətli qanunlardan biri, aktivlərin ola bildiyincə qısa müddətli olmasıdır. Bir mərkəz bank, reeskont pəncərəsindən bazara likvidlik verirsə, reeskont etdiyi borc sənədlərinin qısa müddətli olmasına diqqət edər. Açıq bazar əməliyyatı yolu ilə banklara pul verirsə, verdiyi pulun qısa müddətli (hətta gecəlik) olmasını istəyər. Bir Mərkəz bankının aktivləri nə qədər qısa müddətlidirsə, deməli pul siyasətində o qədər rahatlıq var.

Bizi Facebook səhifəmizdən də izləyə bilərsiniz.