“Red Bull”un qaçaq varisi | Banco.az

“Red Bull”un qaçaq varisi

2012-ci ilin sentyabrın əvvəllərində, səhər vaxtı sürətli qara Ferrari Bangkokun mərkəzi küçələrində bir polis motosikletini vurub keçir, sürücü həlak olur, hadisəni törədən isə cinayət yerindən qaçır. Buna baxmayaraq, polislər onun evinə aparan əyləcin maye izlərini isti-isti izləyərək ehtimal olunan şübhəlinin kimliyini müəyyən edir, hadisədən 5 il keçməsinə rəğmən onu, hələ də məsuliyyətə cəlb etmək mümkün olmayıb.

İddialara əsasən, həmin sürücü  Vorayuth Yoovidhya idi, onun rəhmətlik babası Chaleo Yoovidhya isə qlobal energetik-içki istehsalçısı Red Bullun həmtəsisçisi olub. Vorayuthun atası, Chalermin rəhbərlik etdiyi ailə - 12,5 milyard dollar sərvət ilə Tailandın 4-cü ən zəngin ailəsidir. Çoxsaylı polis və məhkəmə çağırışlarına məhəl qoymayan, “Boss” ləqəbli Vorayuth ucsuz –bucaqız xarici torpaqlarda gün keçirməkdədir.

Olduqca həssas məsələnin yenidən gündəmə gəlməsinin səbəbi – Vorayutha qarşı sürülən bəzi iddiaların -  sürətli və diqqətsiz avtomobil idarəetmə, maddi zərərin vurulması – müddətininbaşa çatmasıdır və insanlar zəngin varisin cəzasız qalmasından hiddətlidir. Amma o, yenə də ölümlə nəticələnən ehtiyasız idarəetmə və zərərçəkənə kömək etməmə iddiaları ilə üzləşə bilər. Ötən ay, məhkəməyə çıxmağa sayılı günlər qalmış, məlumatlara əsasən Vorayuth Sinqapura uçub, oradan isə qaçıb.

Ən sərfəli kredit üçün müraciət et

Onun yoxa çıxması prokurorları təcili tədbirlər görməyə məcbur edib. Nəhayət ki, təqibçinin saxlanılması üçün həbs qərarı verilib və onun xarici passportu  Xarişi İşlər Nazirliyi tərəfindən ləğv edilib. Hökumət bəyan edib ki, Vorayuthun ekstradisiyası üçün İnterpolun köməyinə ehtiyac var. Bütün atılan addımalara rəğmən, belə bir ictimai rəy formalaşıb ki, qanun heç vaxt qaçaq varisə çata bilməyəcək.

Həqiqətən, qəzadan bir ay keçdiyi müddətdə belə  Vorayuth etdiyi əməldən heçvaxt peşman görünməyib, öz zəngin həyatını yaşamağa davam edib və AP-in verdiyi məlumata əsasən o,  xarici məkanlarda, dəbdəbəli restoranlarda, dağ-xizək yamaclarında çəkilmiş şəkillərini sosial mediada paylaşmaqdan belə çəkinməyib. Ailə məsələ ilə bağlı hər hansı bir şərh verməkdən imtina edib.