RChain (RHOC) nədir? Haradan almaq olar? | Banco.az

RChain (RHOC) nədir? Haradan almaq olar?

RChain qlobal proqramlaşdırma dili olan və Blockchain-ə əsaslanan platformadır. Platforma tərtibatçıların miqyaslanan mərkəzsiz tətbiqləri istifadəçi dostu imkanları ilə hazırlamalarına imkan yaradır.

Blockchain texnologiyasının getdikcə geniş yayılması ilə mərkəzsiz dünya arzusu quran istifadəçilərin arzusu durmadan artır. Bu mərhələdə çoxlu təşəbbüslər meydana gəlir. Lakin Blockchain-ə əsaslanan platformaların əksəriyyətinin bəzi problemlərə həll tapa bilməməsi də reallıqdır. Miqyaslanmaq onların arasında ən vacibidir. Həmçinin, sürət və təhlükəsizlik problemləri də bu qəbildəndir. Bu cür maneələr Blockchain platformalarının uğurunu azaldaraq mərkəzsizlik ideyasının şaxələnməsinə əngəl yaradır. RChain komandası 2016-cı ildən etibarən çıxdıqları yolda daha yaxşı Blockchain infrastrukturunu hazırlamaq üçün mübarizə aparır.

RChain digər Blockchain platformalarında tapılmayan bir sıra üstünlükləri bir araya gətirir. Sahib olduğu qeyri-ənənəvi dizaynı sayəsində on minlərlə əməliyyatı reallaşdrmaq məqsədi daşıyan RChain platformanın tərtibatçılarını da düşünüb. Buna görə, fərqli proqramlaşdırma dilinə müraciət edən istifadəçilərin tətbiq və məhsullarını Blockchain-ə asanlıqla birləşdirməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

RChain ümumilikdə 15 milyon dollar dəyərində vəsait toplamağı bacardığı xüsusi token satışını 29 avqust 2017-ci ildə reallaşdırdı. Biri 20 sentdən satılan RHOC tokenləri əsas şəbəkə (mainnet) başladıldıqdan sonra REV tokenlərinə çevriləcək.

RChain Əməkdaşlığı olaraq adlandırılan topluluq tərəfindən idarə olunan platformanın mərkəzində “Rho” adlı virtual maşın yer alır. Bu maşın sayəsində RChain tətbiqləri inanılmaz sürət və miqyaslanma ilə işləyirlər.

Haradan almaq olar?

RHOC tokenləri bir neçə birjada fəaliyyət göstərir. “Kucoin”, “ChaoEX” və ya “Token Store” kimi kriptovalyuta birjalarından əldə etmək mümkündür.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et