Rayonlarda POS-terminalların sayı artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rayonlarda POS-terminalların sayı artıb

2019-cu ilin iyul ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayı artıb. Mərkəzi Bankın məlumatına əsasən, bankomatların sayı iyun ayına nisbətən 11 ədəd artaraq 2.582-yə çatıb. Onların 1.378 ədədi Bakıda, 1.204 ədədi isə regionlarda quraşdırılıb.

İyulda ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 63 min 782 ədədə çatıb, iyun ayında bu göstərici 63.396 ədəd olub. Artım daha çox regionların hesabına baş verib. Əgər iyun ayında rayonlarda quraşdırılan POS-terminalların sayı 25 min 355 ədəd olubsa, iyulda bu rəqəm 25 min 643 ədədə çatıb. Paytaxda istifadə edilən POS-terminallar isə iyun ayına nisbətən 98 ədəd artaraq 38 min 139 ədəd olub.

İyulda POS-terminalların 62 min 305 ədədi məhz pərakəndə ticarət sektorunda istifadədə olub. 

Vergiler.az