Rayonlarda istirahət bahalaşıb? – Ekspert açıqladı | Banco.az

Rayonlarda istirahət bahalaşıb? – Ekspert açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yay mövsümünün başlaması ilə ölkədaxili turizm bazarında canlanma müşahidə olunur. Artan tələbat fonunda xüsusilə regionlarda yerləşən otellərin, villaların və qonaq evlərinin qiymətlərində də dəyişikliklər nəzərə çarpır. Dəyişiklik isə bahalaşma istiqamətindədir.

Turizm eksperti Ceyhun Aşurov Banco.az-a açıqlamasında bildirib ki, hazırda daxili turlara tələbat yüksəkdir: "İnsanlarımız istirahətə gedirlər, çünki tətil mövsümüdür, universitetlər və məktəblər tətildədir. Ailələr daha çox rayonlara səyahət edirlər. Yenə də qiymətlər əsasən həftəsonları fərqli olur. Həftəiçi isə müəyyən qədər daha endirimli qiymətlərlə seçim etmək mümkündür. Bu, həm qonaq evlərinə, kənd evlərinə, villalara, həmçinin otellərin qiymətlərinə də aiddir.

Ekspertin sözlərinə görə, bahalaşma sırf mövsümlə əlaqədardır: "Baxmayaraq ki, əvvəlki dövrlə müqayisədə ölkə xaricindən gələn turistlərin sayında azalma var, ölkə daxilində insanların səyahətləri davam edir. İnsanlar dost-qohum ziyarətlərinə gedir, eyni zamanda turist kimi regionlara səfərlər edərək evlər kirayəyə götürürlər. Buna tələbat olduğu üçün qiymətlər də təbii olaraq qeyri-mövsüm dövrü ilə müqayisədə daha yüksəkdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram