Rahmi Koç: "Atam çox qəribə insan idi, heç kimə yaxınlaşmazdı" | Banco.az

Rahmi Koç: "Atam çox qəribə insan idi, heç kimə yaxınlaşmazdı"

3 milyard dollar sərvəti olan türk iş adamı Rahmi Koç bu yaxınlarda müsahibə verib. Hər gün idman etdiyini bildirən Rahmi Koç gümrah qalmasının ən böyük sirrinin isə günorta yuxusu olduğunu bildirib:

 

“Günorta yeməyindən sonra yatıram. Bunu Çörçil İsmət Paşaya tövsiyyə etmişdi. İsmət Paşa da atam Vehbi Koça söyləmişdi.”

“50 ildir günorta yatıram”

“Artıq 50 ildir ki, günorta yeməyindən sonra yatıram. Diyeta saxlamıram, hər şey yeyirəm. İçdiyim çayı 50 il bundan əvvəl yaponlardan öyrənmişəm. Yaşıl çay deyil. Yaşıl limon qabığıdır, qalanı isə su”

Atası Vehbi Koçun çox intizamlı insan olduğu bildirib:

Ən sərfəli kredit üçün müraciət et

“Atam çox qəribə insan idi, heç kimə yaxınlaşmazdı. İnsanlarla münasibətdə hər zaman pərdə saxlayardı, anamla belə. Ona görə də anam həmişə atama Vehbi bəy deyə müraciət edərdi…”

Qırmızı qərənfillərin sirri

Məşhur iş adamı əksər vaxtlarda yaxasına taxdığı qırmızı qərənfil barədə də danışıb.

“İngiltərədə çox hörmət bəslədiyim iş adamı var idi, hər zaman qırmızı qərənfil taxardı yaxasına. Mən də onda görüb taxmağa başladım. Artıq uzun illərdir yaxamdan əskik etmirəm. Yalnız toy, nişanlarda ağ qərənfil taxıram, qalan vaxtlarda isə qırmızı.”

Mənbə: bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et