Rabitəbankın VİSA kart istifadəçiləri 100 AZN qazanacaqlar! | Banco.az

Rabitəbankın VİSA kart istifadəçiləri 100 AZN qazanacaqlar!

Rabitəbank da yeni stimullaşdırıcı lotereyaya qoşulur.

Rabitəbankın Visa brendli kart istifadəçilər, 5 AZN məbləğindən yuxarı istənilən POS-Terminal ödənişlərində avtomatik olaraq, təşkil olunan stimullaşdırıcı lotereyanın iştirakçısına çeviriləcəklər. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.

Lotereyanın uduş məbləği 100 AZN dəyərindədir ki, ay ərzində ümumilikdə ölkə üzrə 300 qalib seçiləcək və məbləğ qalibin kart hesabına cashback kimi daxil ediləcəkdir.

Lotereyanın əsas məqsədi, ölkədə nağdsız ödəniş vərdişlərini artırmaq və cəmiyyətdə ictimai marağın artırılmasına dəstək göstərməkdən ibarətdir. Qeyd edək ki, lotereya Azərbaycan Mərkəzi Bankı və Visa Beynəlxalq Xidmət Assosiyasiyasının dəstəyi ilə həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər siz də, lotereyaya qoşulmaq və Visa kartlarını sifariş edib əldə etmək istəyirsinizsə, https://rbt.az/kartmane linkinə daxil olaraq, kart sahibi ola bilərsiniz.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et