Rabitəbankın İdarə Heyətində yeni təyinat! | Banco.az

Rabitəbankın İdarə Heyətində yeni təyinat!

Rabitəbankda korporativ idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni təyinat olub. Belə ki, Ramil Nasibov bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ramil Nasibov 20 ildən artıq bank sektorunda informasiya təhlükəsizliyi sahəsində təcrübəyə malikdir. O, əmək fəaliyyətinə 2004-cü ildən başlayıb və müxtəlif banklarda İnformasiya Texnologiyaları departamentinin direktor müavini və İT üzrə sahə direktoru vəzifələrində çalışıb. R.Nasibov 2013-2017-ci illərdə “İRS Technology” MMC-də İdarə Heyətinin sədri olub.

2018-ci ilin martından Rabitəbank komandasında Baş Direktor (İnformasiya Texnologiyaları üzrə) kimi fəaliyyətə başlayan Ramil Nasibov 2021-ci ilin noyabrından yeni təyinatadək İdarə Heyətinin üzvü olub.

Qeyd edək ki, Ramil Nasibov Gürcüstan Texniki Universitetində Kompüter elmləri üzrə bakalavr təhsili alıb.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et