"Rabitəbank"ın aktivləri 49 milyon manat artıb | Banco.az

"Rabitəbank"ın aktivləri 49 milyon manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Rabitəbank" bu ilin ilk 9 ayında 16 milyon 817 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 4 milyon 142 min manat çoxdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 48.8 milyon və ya 5% artaraq 1 milyard 3 milyon manat təşkil edib.

Hesabat dövründə Bankın müştərilərə verdiyi kreditlərin həcmi 15% artaraq 701,5 milyon manata yüksəlib. 

III rübdə Bankın depozit portfeli isə 635,6 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 4,6% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram