Rabitəbankda yeni təyinatlar olub! | Banco.az

Rabitəbankda yeni təyinatlar olub!

Rabitəbankda yeni təyinatlar olub.

Belə ki, Akşin Əsədzadə Biznes Proseslərinin İnkişafı Departamentinin Direktor müavini, Rəşad İsrafilov Kreditlərin Anderraytinqi Departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.

Bank sahəsində 20 ilə yaxın təcrübəyə malik Akşin Əsədzadə əmək fəaliyyətinə 2004-cü ildə “Rabitəbank”da başlamışdır. Bu illər ərzində o, Fiziki şəxslərə xidmət, Məhsulların inkişafı, Alternativ satış kanalları, Rəqəmsal xidmətlərin tətbiqi kimi şöbələrə rəhbərlik etmişdir.

A.Əsədzadə 2000-2004-cü illərdə Qafqaz Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsində Menecment (Bank işi üzrə) ixtisası üzrə təhsil almışdır.

Rəşad İsrafilov kariyerasında artıq 10 ildən çoxdur ki bank sahəsində fəaliyyət göstərir. Daha öncə müxtəlif banklarda və özəl şirkətlərdə Baş analitik, Maliyyə direktoru, Korporativ şöbənin müdiri vəzifələrində çalışmışdır.

R. İsrafilov 2021-ci ildən etibarən Rabitəbankda çalışır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika fakultəsində təhsil almışdır. GAF – 2013, Trade Finance – 2015, Financial Accounting – 2016 sertifikatlarına sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

 “Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et