Rabitəbankda yeni təyinat - Sədrə müşavir gətirildi | Banco.az

Rabitəbankda yeni təyinat - Sədrə müşavir gətirildi

Rabitəbankda İdarə Heyətinin sədrinə Biznesin İnkişafı üzrə müşavir təyin edilib. Sözügedən şəxs Pərviz İbrahimovdur.

Pərviz İbrahimov iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili alandan sonra "İstanbul universiteti"ndə "Business management" ixtisası üzrə magistr dərəcəsi alıb.

Accessbank-da 2005-ci ildən mütəxəssis kimi işə başlayıb, baş mütəxəssis, Şimal region filialının, Badamdar filialının müdiri, daha sonra AFB Bankda İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb. 2018-ci ildən etibarən özəl sektora keçid edərək təsisçisi olduğu "İdxalçı sahibkarlarla iş üzrə konsaltinq" şirkətini qurub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et