“Rabitəbank”da yeni təyinat olub | Banco.az

“Rabitəbank”da yeni təyinat olub

“Rabitəbank” ASC-də yeni yaradılmış Baş informasiya inzibatçısı vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Kənan Kərimov gətirilib.

O, vaxtilə “Bank VTB (Azerbaijan)” ASC-də və “NAB Holding”də çalışıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et