Rabitəbankda yeni təyinat - Marketinq Direktor | Banco.az

Rabitəbankda yeni təyinat - Marketinq Direktor

Ölkənin aparıcı banklarından olan Rabitəbankda yeni təyinat olub. Bankın Marketinq Departamentinin rəhbərliyinə Orxan Salayev təyin olunub. Buna qədər Orxan, “Azərbaycan Dəmir Yolları” QSC-də Biznesin inkişafı idarəsində rəis müavini, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi və onun Aparatında marketinq üzrə məsləhətçi, FINCA Azərbaycan QBKT-da şöbə rəisinin vəzifələrini icra edən, Prezident yanında Strateji Araşdırmalar Mərkəzində və s şirkətlərdə analoji sahə üzrə çalışıb.

Orxan Salayev Təhsil Nazirliyinin dövlət xətti ilə Pekin Elm və Texnologiya Universitetində Neuromarketinq sahəsində maqistr təhsili alıb. Hal-hazırda O Çinin top universitetlərindən sayılan Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində doktorantura təhsili alır. Eləcə də Avropa Marketinq Konfederasiyasının dəstəklədiyi Marketinq Klasifikasiyaları çərçivəsində marketinq mütəxəssisi adına layiq görülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et