Bankın saytında dərc edilən məlumata əsasən hal-hazırda Rabitəbank-da Elçin Qədimov İdarə Heyətinin sədri vəzifələrini icra edir.
Elçin Qədimov Rabitabankın komandasına 2006-ci ildə qoşulub . Bundan əvvəl Atabank-da İdarə Heyətinin Sədr Müavini vəzifəsində, eləcə də, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb .
Elçin Qədimov Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.
Qeyd edək ki, buna qədər sözügedən vəzifəni Nikoloz Şurgaia icra edirdi.