“Rabitəbank” yeni vakansiya elan edir! | Banco.az

“Rabitəbank” yeni vakansiya elan edir!

“Rabitəbank” ASC Kart əməliyyatları departamenti, Ekvayrinq şöbəsinin mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Pos terminalların quraşdırılması üçün səmərəli yerləri axtarmaq, ehtiyac olduqda, mövcud pos terminalların yerlərini dəyişdirmək;
  • Pos terminal və elektron dükan şəbəkələri üzrə hesabatları aparmaq və təqdim etmək;
  • Kart və pin zərfləri personalizasiya etmək;
  • Ticarət müəssisələri və filial işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
  • Pos terminalların quraşdırılması və texniki dəstək

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Rus dili biliyi (ingilis dili arzuolunandır);
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları
    stimullaşdıra bilmək;
  • Ünsiyyətqurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Menecerlik və təşkilatçılıq qabiliyyəti;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq;
  • Texniki bacarıqlar və satış qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ekvayrinq şöbəsinin mütəxəssisi” göstərməyiniz xahiş olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et