Rabitəbank tender elan edir! | Banco.az

Rabitəbank tender elan edir!

®“Rabitəbank” ASC Cortex XDR lisenziyasının uzadılması və artırılması ilə bağlı tender elan edir!

Tenderin detalları aşağıdakılardır.

Cortex XDR Pro və Host İnsights abunəçilik vaxtının növbəti 12 ay artırılması

Cortex XDR Pro və Host İnsights əlavə 400 host lisenziyanın əldə edilməsi

Sistemin cari istifadəsi barədə məlumat

Cari lisenziyanın bitmə tarixi 17.04.2023

Cari lisenziya üzrə “host”-ların maksimal sayı – 600 ədəd

Faktiki istifadə olunan “host”-ların sayı – 702 ədəd

Cortex XDR lisenziyasının uzadılması və artırılması ilə bağlı tender üçün son müraciət tarixi: 04.04.2023, saat 16:00

Texniki şərt və tələblər ilə bağlı ətraflı məlumat üçün linkə keçid edərək tanış ola bilərsiniz: https://rbt.az/cortex

Əlavə sualınız yaranarsa [email protected], [email protected]  elektron ünvanına yaza və ya 050-270-72-20 mobil nömrəsinə müraciət edə bilərsiniz.

Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləyərək, aidiyyatı tenderin adını qeyd edib "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərə bilərsiniz.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et