Rabitəbank, SME və Mikro kredit üzrə karyera bankı layihəsinə start verir! | Banco.az

Rabitəbank, SME və Mikro kredit üzrə karyera bankı layihəsinə start verir!

Rabitəbank ali təhsilli gənclərin inkişafına öz töhvəsini verməyə hazırlaşır.

Layihəyə əsasən Rabitəbank bank sahəsində iş təcrübəsinə malik olmayan, universiteti yeni bitirən gənclərin uğurlu karyera qura bilmələri üçün, yeni inkişaf proqramının tətbiqinə başlayır.

Burada xüsusi müsahibələr nəticəsində seçilən namizədlərə adaptasiya proqramı, sahələri üzrə bütün texniki biliklər aşılanır, müxtəlif rol oyunları vasitəsilə müştərilərlə ünsiyyət, problemi idarəetmə, satış texnikaları, çarpaz satışın yolları və bu sahədə önəmli olan məqamlar öyrədilir.

Əsasən 2 həftə müddətinə müəyyən edilən təlimdə bankın struktur rəhbərləri təlimçi qismində təlimə cəlb edilirlər ki, bu da öz növbəsində yeni gələn namizədlərə həm bankdaxili qaydaları daha tez mənimsəmək, həmçinin mühitə daha tez adaptasiya olmaq və həmkarları ilə yaxından tanış olmaq imkanı verir.

Təlimin sonunda keçirilən test nəticəsinə əsasən namizədlər sertifikatla təmin olunaraq təcrübə mərhələsinə keçid alırlar. Qeyd edək ki, layihənin sonunda bütün mərhələləri uğurla başa vuran namizədlər Rabitəbankda iş ilə təmin olunma şansını əldə edir.

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et