“Rabitəbank” səhmdarlarına hesabat verəcək | Banco.az

“Rabitəbank” səhmdarlarına hesabat verəcək

İyunun 2-də saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncağın keçirilməsi barədə qərarı aprelin 12-də Bankın Müşahidə Şurası qəbul edib.

Yığıncaq “Rabitəbank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq. Yığıncağın gündəliyinə Bankın 2016-cı maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, Audit Komitəsinin hesabatının təsdiqi və cari məsələlər daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Mənbə: Report