19 dekabr 2018-ci il tarixində "JW Marriott Absheron Baku" otelində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2018” tədbiri keçirilib. Bankların il ərzində fəaliyyətini təhlil edilərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qaliblərini müəyyənləşdirib. Rabitəbank 2018-ci il ərzində fəaliyyətinə görə "Ən fəal təhsil dəstəkçisi” və "İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyaları üzrə qalib seçilib.
Cari il ərzində Rabitəbank bank xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görmüşdür, belə ki, Azərbaycanın ilk bank botu olan – RabitəBot məhsulu ilk dəfə olaraq hamının gündəlik istifadə etdiyi Telegram və Facebook Messenger əlavələri vasitəsilə bank əməliyyatlarını smartfon vasitəsilə, fiziki olaraq heç bir yerə getmədən həyata keçirmək imkanını müştərilərin istifadəsinə vermişdir. RabitəBot vasitəsilə istifadəçilər kartlarının balansını sadəcə bir klik ilə, həm də son dərəcə təhlükəsiz şəraitdə Telegram və Messenger əlavələri üzərindən öyrənmək imkanı qazanıblar. Bundan əlavə, müştərilər hesabdan çıxarış əldə etməklə yanaşı, real vaxt rejimində valyuta məzənnələri, yaxın filial və bankomatlar, kredit və kart məhsulları haqda məlumatları da əldə edə bilərlər. Qeyd edək ki, müştərilər günün 24 saatı ərzində Rabitabot-un aktiv olduğu Telegram və Messenger kanalından müraciət edərək onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən də istifadə edə bilirdilər – bütün bunlara isə yalnız saniyələr sərf olunur. RabitəBotun təklif etdiyi daha bir yenilik isə Telegram və Facebook əlavələri vasitəsilə istifadəçilərin bir-birlərinə pul göndərmək imkanıdır. Hətta bunu pul göndərilən şəxsin kart nömrəsini bilmədən də etmək mümkündür. Bütün bu yeniliklərin tədbiq edilməsinin nəticəsi olaraq Rabitəbank cari ildəki fəaliyyətinə görə ABA tərəfindən "İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasında qalib elan edilmişdir.
Rabitəbankın layiq görüldüyü daha bir mükafat isə ilin "Ən fəal təhsil dəstəkçisi” olub. Belə ki, 2018-ci ildə həyata keçirilən esse müsabiqəsi yeni tələbə adını qazanmış gənclərin əlavə motivasiya olunmasına istiqamətlənmişdir. Layihə çərçivəsində 2018-ci ildə ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrin arasından 2 nəfər Rabitəbankın İdarə Heyəti tərəfindən seçilərək hər birinə təhsil aldığı müddətdə şəxsi istifadəsi üçün noutbuk hədiyyə olunmuş və hər birinə Akademik təhsili boyunca aylıq 100 Azn məbləğində təqaüdün verilməsi nəzərdə tutulmuşdur.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.