“Rabitəbank” KOTİROVKA SORĞUSU ELAN EDİR | Banco.az

“Rabitəbank” KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunun adı: “Rabitəbank” ASC tərəfindən “Avtoservis xidməti və ehtiyat hissələri” satın alınması

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını 5 dekabr 2024-cü il tarixi saat 13:00-a qədər qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 33, AZ1010  ünvanında yerləşən “Rabitəbank” ASC-nin Baş ofisinə təqdim etməlidirlər.

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün [email protected][email protected] elektron ünvanının “subject” hissəsində -“ Rabitəbank” ASC tərəfindən “Avtoservis xidməti və ehtiyat hissələri” satın alınması qeyd etməklə “iştirakımı  təsdiq edirəm” mətnini  göndərməlidir.

İddiaçının dövlət reyestrindən çıxarış sənədi, hüquqi və fiziki ünvanı, şirkət heyəti haqqında məlumat, istehsal müəssisəsi haqqında məlumat ( video və şəkil formatında), aktiv referensləri, xarici əlaqələri, eytiyat hissələrini aldığı təchizatçı fabrik və şirkətlərin adı, son 2 il üzrə maliyyə hesabatı, bank rekvizitləri, VÖEN hesabı mütləq şəkildə göndərilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

İddiaçıların  imzalanmış və ya möhürlənmiş şəkildə qapalı zərfdə təqdim etdiyi qiymət kotirovkaları bütün digər xərclər də daxil edilməklə (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq) manatla göstərilməsi mütləqdir.

Kotirovkanın texniki şərtləri haqqında ətraflı məlumat: https://rbt.az/ktrv1

Hər hansı bir sualınız yaranarsa, əlavə məlumat üçün adı qeyd edilmiş “Rabitəbank” ASC-nin əməkdaşına (Vasif Məmmədova: (051) 271-48-48) elektron poçt ünvanları: ([email protected][email protected]) müraciət edə bilərsiniz.