Rabitəbank işçi qəbulu elan edir | Banco.az

Rabitəbank işçi qəbulu elan edir

Baş kredit mütəxəssisi (Biznes kreditləri)

Bakı, Abşeron, Sumqayıt, Quba, Qusar, Ağcabədi, Şirvan, Kürdəmir, Şəki, Şəmkir, Gəncə, Şamaxı, Ağsu, Lənkəran, Masallı

Əsas vəzifələri:

  • Potensial müştərilərin banka cəlb edilməsi;
  • Birbaşa marketinq funksiyasını həyata keçirməklə Bankın xidmət və kredit məhsullarının təbliğ edilməsi;
  • Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
  • Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin biznes təhlilinin aparılması;
  • Kredit sənədlərinin kredit komitəsinə təqdim edilməsi və komitənin qərarına əsasən kreditin rəsmiləşdirilməsi;
  • Kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edilməsi
  • Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərinin həyata keçirilməsi
  • Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləməsi
  • Satış prosesinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.  

Namizədə olan tələblər:

  • Ali təhsil  (İqtisadi, maliyyə  və riyazi təhsili olanlara üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili (rus dili bilənlərə üstünlük verilir)
  • Biznes kreditləri (mikro) sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
  • Yüksək satış qabiliyyətinə malik olmaq;
  • Yüksək analitik qabiliyyətə malik olmaq;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Yüksək etika, ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Məsuliyyət, düzgünlük  və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;

Qeyd: Kişi namizədlərə üstünlük veilir

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  [email protected]

Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et