Rabitəbank işçi axtarışındadır | Banco.az

Rabitəbank işçi axtarışındadır

Rabitəbank  “Mikrokreditlər” Departamentinin Direktoru vəzifəsi üzrə işçi qəbulu elan edir.

  • Mikrokreditlər departamentinə rəhbərlik edilməsini
  • Mikrokreditləşmənin inkişafı üçün biznes planının hazırlanması
  • Mikro kredit məhsulları və regionlar  üzrə inkişaf strategiyanın işlənməsi
  • Müştəri bazasının genişləndirilməsi
  • Satış prosesinin təkmilləşdirilməsi 
  • Mikrokredit portfelinin dinamika və inkişafına  nəzarət edilməsi
  • Mikro kredit sahəsində çalışan əməkdaşların peşakarlığının artırılması üçün müvafiq tədbirlərin görülməsi

Namizədə olan tələblər:

 

  • Təhsil : Ali (İqtisad, idarəetmə/biznes təhsili olanlara üstünlük verilir)
  • İş təcrübəsi: Bank sistemində azı 5 il iş stajın olması (mikrokreditləşmə sahəsində minimum 4  il, idarəetmə sahəsində ən azı 3 il); Beynəlxalq mikro maliyyə institutları ilə iş təcrübəsinə malik olanlara  üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (mükəmməl), ingilis və rus  
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlarını bilməsi,
  • Liderlik və təşkilatçılıq keyfiyyətlərinə malik olması

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33