Rabitabank ASC-də satış üzrə İdarə Heyyəti Sədrinin Müavini vəzifəsinə Orhan Gültekin təyin olundu.
Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.
1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.
O.R.Gültekin bank karyerasına 1993-cü il tarixindən Türkiyənin Garanti Bankında auditor olaraq başlamışdır. 1997-2001 tarixlərində Koçbankda baş auditor və filial müdiri vəzifələrində çalışmışdır. Sonra isə 2001-2012-ci illərdə "Yapı Kredi Bank - Türkiyə"də satış üzrə regional direktor və icraçı vitse-prezident vəzifələrində çalışmışdır.
2012-2015-ci illərdə "Yapı Kredi Bank – Azərbaycan"da Baş Direktor (satış üzrə), 2016-2017-ci illərdə Caspian Development Bankda satış və marketinq departamentinin Direktoru, 2017-2018-ci illərdə Atabank ASC-də Marketinq və Kommunikasiyalar departamentinin Direktoru kimi fəaliyyət göstərmişdir.
O.R.Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbankda satış üzrə İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.