Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından olan Rabitəbank 2024-cü ilin ikinci rübündə 10 milyon 596 min manat xalis mənfəət əldə edib.
Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bankın aktivləri 2024-cü ilin iyunun 30-u tarixinə 112 milyon 260 min manat və ya 10,9% artaraq 1 milyard 137 milyon 727 min manat təşkil edib.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 83 milyon 670 min manat (12,3%) artaraq 765 milyon 441 min manata yüksəlib.
Bankın depozit portfeli isə 697 milyon 66 min manat olub ki, bu da illik müqayisədə 85 milyon 478 min manat və ya 14% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!