Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir! | Banco.az

Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir!

Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir. Rabitəbankın debet və kredit kartlarına tətbiq edilməsi üçün nəzərdə tutulan dizaynlar yaradıcılığı, orijinallığı və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməli və “Reklam haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olmalıdır. İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, dizayn işlərini və şəxsiyyət vəsiqələrinin ön və arxa üzlərini [email protected] e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciətlər aprelin 1-i başlayır, aprelin 30-da başa çatacaq. 

Qeyd edək ki, müsabiqədə 3 mükafat təqdim ediləcək:

  • Birinci yerin qalibinə 2000 manat və 1 illik Visa İnfinite Premium debet kartı;
  • İkinci yerin qalibinə 1000 manat və 1 illik Kartmane MC Black Edition debet kartı;
  • Üçüncü yerin qalibinə 500 manat və 1 illik Kartmane debet kartı.

Qaliblərin qiymətləndirilməsi və müəyyən edilməsi peşəkar Münsiflər Heyəti tərəfindən müəyyən ediləcək və “Rabitəbank” ASC-nin rəsmi veb-səhifəsində və sosial media hesablarında elan olunacaq. Qaliblərə, həmçinin 15 gün ərzində email və ya SMS vasitəsilə məlumat göndəriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət üçün suallar yarandıqda və ya kömək üçün [email protected][email protected] e-mail ünvanları və ya +994512303050 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, müsabiqənin məqsədi qrafik-dizayn sahəsində istedadları aşkara çıxarmaq, perspektivli dizaynerlərin ölkədə tanıdılmasına şərait yaratmaq və bu sahəyə olan marağı artırmaqdır. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz: https://rbt.az/musabiqe

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.