Rabitəbank-da YENİ TƏYİNATLAR! | Banco.az

Rabitəbank-da YENİ TƏYİNATLAR!

Marketinq departamentinə yeni təyinatlar var. Belə ki, marketinq departamentinin direktoru vəzifəsinə Ələkbər Eyvazlı, marketinq meneceri vəzifəsinə isə Nazlı Orucova təyin edilib.

Rabitəbank, ölkənin ilk müstəqil banklarından olmaqla yanaşı, həm də sürətlə rəqəmsal istiqamətdə inkişaf edən banklarındandır. 2018-ci ildə, ölkədə ilk dəfə bot sistemini tətbiq edərək Rabitəbot-u müştərilərin istifadəsinə təqdim edən bank, xidmətlərini onlayn və daha sürətli şəkildə həyata keçirir. İnnovativ inkişafa meyilli olan və rəqəmsallaşan bank, artıq bir çox təyinatlarını gənclərdən yana seçir.

Marketinq departamentin yeni rəhbəri Ə. Eyvazlı, bundan əvvəl bir sıra yerli və xarici şirkətlərdə o cümlədən Samsung Electronics, FİNCA Azerbaijan, Azersun Holding - də, həmçinin Kapital Bankda Marketinq Departamentinin Rəqəmsal Marketinq Meneceri vəzifəsində çalışmış, bankın rəqəmsal marketinq fəaliyyətinə rəhbərlik etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

N. Orucova isə Bakcell, GoldenPay-da Marketinq və Rəqəmsal sahəsi üzrə müxtəlif aparıcı vəzifələrdə çalışmışdır.

Qeyd edək ki, Elmir Əliyev rəqəmsal sahədə konsultasiya fəaliyyətini davam etdirmək səbəbi ilə, vəzifə icraatını dayandırır.