Rabitəbank-da limitsiz valyuta satışı davam edirr | Banco.az

Rabitəbank-da limitsiz valyuta satışı davam edirr

Geniş filial şəbəkəsinə malik Rabitəbank-da müştərilərə limitsiz valyuta satışı davam edir. Belə ki, müştərilər bankın istənilən filialına yaxınlaşmaqla sərfəli şərtlərlə USD, EUR, RUR, GBP kimi valyuta növləri ilə rahatlıqla alqı-satqı əməliyyatı edə və digər bank xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190 – dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, ticarət / iaşə obyektlərində müxtəlif güzəştlər təklif edən bank kartları, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.

Ən sərfəli kredit üçün müraciət et

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB  bankın rəsmi facebook səhifəsinə yönləndirə bilərsiz.