RabitəBank Baş əməliyyatçı axtarır | Banco.az

RabitəBank Baş əməliyyatçı axtarır

RabitəBank öz heyətinə yeni Baş əməliyyatçı / əməliyyatçı axtarır.

Namizəd aşağıdakı vəzifələrin icrasına görə məsuliyyət daşıyır: 

Əsas vəzifələr:

*        Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və  xidmətləri haqqında ətraflı, dolğun məlumat verir;

*        Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar  barədə müvafiq orqanlara arayışlar hazırlayır ;

*        Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatların hazırlayır;

*        Əmanət hesabı, kommunal ödəniş, SPK, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirir;

*        Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəcamların silinməsini yoxlayır;

*        Keçirilən layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;

*        Müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;

*        Əməliyyatlar üzrə sənədləşmənin tamlığına məsuliyyət daşıyır;

*        Kassanın açılıb, bağlanılmasında və açarın saxlanılmasında iştirak edir 

*        Marketinq məhsullarının (poster, flayer və digər promo materialların) kifayət sayda olmasını təşkil edir;

*        Filialdaxili arxiv işinin aparılmasını təmin edir;

Ən sərfəli kredit üçün müraciət et

*        İşinin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər verir.

Namizədə olan tələblər:

*       Ali təhsil (iqtisadi olması arzuolunandır)

*       Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

*       Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;

*       Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;

*       Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;

*       Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;

*       Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;

*       Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;

*       Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et