14 iyul, 2017-ci il tarixində “Rabitəbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilərək bankın nizamnamə kapitalının əlavə 20 milyon manat artırılması barədə qərar qəbul olunmuşdur.
Cari ilin may ayında “Rabitəbank” ASC səhmdar kapitalını 40 milyon manat artıraraq 88,5 milyon manata çatdırmışdır. Bankın səhmdarlarının 14 iyul, 2017 –ci il tarixində keçirilən yığıncağında qəbul edilən kapitalın artımı barədə qərar yerinə yetirildikdən sonra “Rabitəbank” ASC-nin səhmdar kapitalının 108,5 milyon manat həcmində olması planlaşdırılır. 14 iyul, 2017-ci il tarixinə “Rabitəbank”-ın aktivləri 698 milyon manat, məcmu kapitalı isə 105 milyon manat təşkil etmişdir.
Hazırda “Rabitəbank” 22 filial şəbəkəsilə ölkə ərazisində müştərilərə xidmət göstərir. Ətraflı məlumat üçün 133 Məlumat Mərkəzinə zəng vura və ya bankın www.rabitabank.com saytına daxil ola bilərsiniz.