Tenderin adı : Lazer kart pəstahlarının alışı
Tenderin elan tarixi: 16.04.2025
Tenderin son tarixi: 21.04.2025, saat 15:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
- İşin icra müddətinin qeyd edilməsi mütləqdir
- Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
- Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Qiymət təklifi zərfdə və möhürlü(Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olduğu təqdirdə istəniləcək.
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd-Lazım olduğu təqdirdə istəniləcək.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvana göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.