Rabitəbank 2019-cu ili 15 milyon manat mənfəətlə başa vurub - AUDİT HESABATI | Banco.az

Rabitəbank 2019-cu ili 15 milyon manat mənfəətlə başa vurub - AUDİT HESABATI

“Rabitəbank” ASC 2019-cu il üçün audit hesabatını açıqlayıb. Bankın audit hesabatı beynəlxalq auditor şirkəti “KPMG” tərəfindən hazırlanıb.

Beynəlxalq auditorun hesabatına görə, ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurmuşdur. Audit hesabatına əsasən, 2019-cu ilin sonuna bankın aktivləri 728 mln manat həcmində olub. Bankın aktivləri 2020-ci ilin 31 may tarixində 934 milyon manat təşkil edib.

Hesabatda qeyd edilir ki, bankın kredit portfeli 2019-cu il ərzində 25.6% artaraq 352 milyon manat təşkil etmişdir. Bankın Nizamnamə kapitalı 102 milyon manat həcmindədir.

Gəlir xərc hesabatına əsasən bu dövr ərzində “Rabitəbank”ın xalis faiz gəlirləri əvvəlki il ilə müqayisədə 35% artaraq 38 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 21% artaraq 5 milyon manat  təşkil etmişdir. Cəmi əməliyyat gəliri 29% artaraq 46 milyon manata, mənfəət isə əvvəlki illə müqayisədə 26% artaraq 15 milyon manata çatmışdır. 

Bankın maliyyə dayanıqlığını nümayiş etdirən göstəricilərdən biri olan ani likvidlik əmsalı audit hesabatına əsasən Mərkəzi Bank tərəfindən tələb olunan “minimum 30%” normasından üç dəfədən çox olaraq 97%, kapital adekvatlığı isə Mərkəzi Bank tərəfindən tələb olunan “minimum 12%” normasından da 3 dəfədən çox olaraq 31,54% təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından biri olan “Rabitəbank” 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın xidmət şəbəkəsi 16 region və Bakı şəhərində 25 xidmət məntəqəsi, 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et