Rabitəbank rəqəmsal bankçılığın inkişafı, müştəri təcrübəsinin təkmilləşdirilməsi və bazar trendlərinin daha dərindən təhlili məqsədilə dünyanın aparıcı tədqiqat platformalarından biri olan 11:FS Pulse ilə yeni əməkdaşlığa start verib.
“Rahat bankçılıq” konsepsiyasının hər bir müştəri üçün əlçatan olması, rəqəmsal həllərin daha çevik, daha funksional və daha intuitiv formada təqdimatı məqsədilə çalışan Rabitəbankın 11:FS Pulse platforması ilə əməkdaşlığı bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Yeni əməkdaşlıq çərçivəsində bank rəqəmsal kanallarda dataya əsaslanan istifadəçi təcrübəsini daha da təkmilləşdirəcək, innovativ həllərin bazara çıxma müddətini sürətləndirəcək, qlobal rəqəmsal bankçılıq standartlarına uyğun yeni məhsul və xidmətlərin hazırlanması üçün daha güclü analitik baza əldə edəcək, bundan əlavə beynəlxalq araşdırma prosesləri vasitəsilə beynəlxalq təcrübəni real vaxtda izləyəcək.
Qeyd edək ki, “11:FS Pulse”, qlobal miqyasda bankçılıq, rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı davranışlarını, istifadəçi təcrübələrini, bazar tendensiyalarını və ən yaxşı beynəlxalq nümunələri təqdim edən analitik platformadır. Platforma həmçinin yüzlərlə qabaqcıl bank və fintex şirkətlərinin real istifadəçi axınlarını, interfeys həllərini və innovativ yanaşmalarını müqayisəli şəkildə araşdırmağa imkan yaradır.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
