Rabitəbank 2015-ci ilin birinci rübünü itkisiz başa vurub. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az portalı məlumat verir.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın aktivlərində 19,32%, kredit portfelində 23,29% artım qeydə alınıb. Ötən ilin 1-cü rübüb ilə müqayisədə isə müştərilərin müddətli depozitlərində 39% artım olub.
Başa çatan dövr ərzində kapital artımı 12, 85% olub.
Lakin digər banklarda olduğu kimi gəlirlərin azalması tendensiyası Rabitəbank-dan da yan keçməyib.
Bankın faiz gəlirləri 47,52% azaldığı halda, faiz xərclərində artım 28,83% qeydə alınıb. Lakin bu müddət ərzində bankın qeyri faiz gəlirlərində əhəmiyyətli dərəcədə artım, 175% müşahidə olunub. Qeyri faiz xərcləri isə cüzi də, 040% olsa azalıb. Bank cari ilin birinci rübünü 998 min mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,29% azdır.