Rabitə Bank - 21 yaş | Banco.az

Rabitə Bank - 21 yaş

Ötən gün Rabitə bank 21 illik fəaliyyətini başa vurdu. 

1993-cü ildən bəri fəailiyyət göstərən bank Bakı və 16 region daxil olmaqla, 22 filialda xalqa xidmət edir. Bankın 2 şöbəsi, 44 bankomatı var.  

Rabitə Bank müştəri yönümlü bank kimi mikro, kiçik və orta biznesə və peşəkarlara müvafiq və aydın məhsullar təqdim edir və keyfiyyətli xidmət göstərir. Bankın 50000 müştərisi var. 

Rabitə bank 2 törəmə təşkilata sahibdir: 

- Сapital Partners

- Azlizinq

Bankın səhmdarları fiziki şəxslərdir. Rabitə Bank Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropada Yenidənqurma və İnkişaf Bankı (EBRD), İslam İnkişaf Korporasiyası (İDB), World Business Capital INC (WBC) tərəfdaşlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

282 milyon azn aktivə sahib olan bankın, 54 milyon azn kapitalı var.

Operativ və keyfiyyətli bank xidmətləri təqdim edən Rabitə Bank, müştərilərinə əlverişli kreditlər, tez bir zamanda keçirilən ödənişlər və sərfəli əmanətlər təklif edir. 

Rabitə Bankı təbrik edir və gələcək işlərində uğur arzulayırıq. 

Ən sərfəli krediti almaq üçün müraciət et