Qurban bayramı ilə bağlı xüsusi karantin planı hazırlanır | Banco.az

Qurban bayramı ilə bağlı xüsusi karantin planı hazırlanır

Qurban bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.

Baş Nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun açıqlamasına görə, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram