"Qualcomm" şirkəti "Snapdragon X" prosessorunu təqdim edib | Banco.az

"Qualcomm" şirkəti "Snapdragon X" prosessorunu təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Qualcomm" şirkəti "Snapdragon X" prosessor ailəsini genişləndirmək istiqamətində mühüm bir addım atıb. 

Banco.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən yarımkeçiricilərin istehsalı ilə məşğul olan şirkət Las-Veqasdakı İstehlak Elektronikasına dair Sərgidə ("CES") "Snapdragon X" seriyasının orta sinif "Windows" noutbuk və masaüstü kompüterlərdə istifadə ediləcək yeni çipini, "Snapdragon X"-i təqdim etdib.

"Qualcomm"un yeni alt səviyyəli "Snapdragon X" prosessoru 600 dollar səviyyəsində olan noutbuk modellərində qarşımıza çıxacaq. 

Şirkət daha əvvəl üst seqment cihazlarda rast gəldiyimiz "Snapdragon X" seriyasını giriş səviyyəli bir prosessorla daha geniş auditoriyalara çatdırmağı hədəfləyir. Qiymət və performans əsaslı olaraq dizayn edilən versiya "Microsoft"un "Copilot Plus" tələblərini qarşılayır. 

Ən sərfəli kredit üçün müraciət et

Şirkət 4nm-lik istehsal prosesi əsasında hazırlanmış çipin münasib qiymət nöqtəsində bir gündən çox davam edən batareya ömrü və yüksək performans təmin etdiyini iddia edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram